"İqtisadi zona" verilişinin 3 fevral 2019-cu il tarixli buraxılışı Video

2019.02.06 18:57 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" verilişinin növbəti buraxılışında həftənin iqtisadi mənzərəsi, Prezident İlham Əliyevin sərəncamı ilə növbəti beş il üçün təsdiq edilmiş "Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı", dövlət qurumlarının rəhbərləri ilə sahibkarların görüşü, Sumqayıt kimya-sənaye və sənaye texnologiyaları parklarında fəaliyyət göstərən zavodların məhsullarının ixracı, sosial evlərin ipoteka krediti ilə alınmasının şərtləri barədə süjetlərlə tanış ola bilərsiniz.

Verilişin qonağı – Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov komitənin 2019-cu il hədəflərinə dair sualları cavablandırır.