İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçiriləcək

2019.02.06 17:25 (UTC+04:00)

Fevralın 14-də İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü, Vergilər Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçiriləcək. Tədbirin məqsədi Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı İKT şirkətlərinə və startaplara ətraflı məlumat vermək, mikro və kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri və İKT sahəsində fəaliyyət göstərən sahibkarları maraqlandıran digər məsələlər ətrafında müzakirə aparmaqdır.