Qazaxıstan Maliyyə Nazirliyinin açıqlamasında ölkədə koronavirus pandemiyası ilə bağlı tətbiq olunan fövqəladə vəziyyət rejimindən sonra görüləcək işlərə aydınlıq gətirilib.
"Fövqəladə vəziyyət dövründə dövlət başçısı kiçik və orta biznesi dəstəkləmək, eləcə də vergi yükünü azaltmaq barədə tapşırıq vermişdi. Qazaxıstan hökumətinin qərarı ilə vergi, gömrük və sosial ödənişlərin məcburi tutulması, cərimələrin tətbiqi ilə bağlı tədbirlər dayandırılmış, bəyannamələrin təqdim olunma vaxtı uzadılmışdı. Vergilər və digər ödənişlər üçün əlavə müddət verilmişdi. Biznesə fiskal təzyiqin azaldılması məqsədilə vergi və gömrük yoxlamaları, kameral nəzarət tədbirlərinin görülməsi dayandırılmışdı", - Maliyyə Nazirliyinin Dövlət xərcləri komitəsinin açıqlamasında bildirilib.
Açılamada qeyd edilib ki, may ayının 11-dən ölkədə fövqəladə vəziyyət rejimi götürüldüyünə görə iyundan vergi və gömrük yoxlamalarının aparılması bərpa olunub.