Listinq Komitəsi tərəfindən Bakı Fond Birjasının (BFB) listinq qaydalarına əsasən, "AGBank" ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan səhmlərinin delistinq edilməsi qərarı alınıb.
BFB-dən bildirilib ki, Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan iki ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaq.