Bugünkü valyuta hərracında tələb 51,9 milyon dollar olub

2020.06.02 12:58 (UTC+04:00)

İyunun 2-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 51,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.