Qanunvericilikdə müəssisə ləğv olunduqda əmək müqaviləsinə xitam verilən işçilər üçün bir neçə təminat nəzərdə tutulub:
a) 1 ilədək orta aylıq əməkhaqqı (son iki aylıq əməkhaqqının cəminə əsasən hesablanır);
b) 1-5 ilədək orta aylıq əməkhaqqının 1,4 misli;
c) 5-10 ilədək orta aylıq əməkhaqqının 1,7 misli;
d) 10+ ilədək orta aylıq əməkhaqqının 2 misli.
a) 3-5 il sığorta stajı olduqda orta aylıq (işsiz kimi qeydiyyatdan əvvəlki 12 ayın əməkhaqqını 12-yə bölməklə alınır) əməkhaqqının 50 faizii;
b) 5-10 il sığorta stajı olduqda orta aylıq əməkhaqqının 55 faizi;
c) 10+ sığorta stajı olduqda orta aylıq əməkhaqqının 60 faizi məbləğində.
Qeyd edək ki, bu ödəniş işçilərə işsiz qaldıqları ilk 12 ayın 6 ayında (ilk 2 ay 100%, 3-4-cü ay 80%, 5-6-cı ay 70%) ödənilir. Müqaviləyə xitam verilməzdən əvvəl 12 aydan az, ümumilikdə 3 ildən çox sığorta stajı olduqda işçiyə minimum aylıq əməkhaqqı məbləği ilk 6 ay ərzində yuxarıdakı nisbətlərə uyğun ödənilir. Ümumilikdə isə işsizlikdən sığorta ödənişi növbəti il üçün minimum aylıq əməkhaqqı məbləğində və 3 ay işsiz olduğu müddət üçün ödənilir. İşçinin 18 yaşadək uşağı olduqda işsizlikdən sığorta ödənişi yuxarıdakı faizlərə 5 faiz (20 faizdən çox olmayaraq) əlavə edilməklə verilir.
Fərqanə ALLAHVERDİQIZI