Mourinyo vergidən yayındığına görə cəzalandırıldı

2019.02.06 18:06 (UTC+04:00)

İspanya məhkəməsi vergi qaçaqlığına görə mühakimə edilən portuqaliyalı futbol məşqçisi Joze Mourinyoya 1 il həbs cəzası kəsib. Lakin o, bu cəzaya görə həbsxanaya salınmayacaq, İspaniya qanunvericiliyinə əsasən, Mourinyo 182 min 500 avro ödəməklə cəzasını şərti çəkəcək. Məhkəmə ilə əldə edilmiş razılaşmaya əsasən, bu məbləğ onun əvvəldən ödəməli olduğu 2 milyon avroluq cəzanın üstünə əlavə ediləcək.

Xatırladaq ki, bu ilin yanvar ayında Madridin "Real" komandasının hücumçusu Krstiano Ronlado da 23 aylıq həbs cəzasının əvəzinə 18 milyon 800 min avro ödəməklə şərti cəza almışdı. Ronaldoya bu cəza imic hüquqlarını qorumaq üçün açdığı şirkətlər vasitəsilə vergidən yayınmağa görə verilmişdi. Tanınmış futbolçular Lionel Messi (hazırda İspaniyanın "Barselona" klubunda oynayır) və Neymar da (Fransanın "Paris Sen-Jermen" klubu) İspaniyada vergi qaçaqlığına görə ittiham edilənlərin siyahısındadırlar.