İlin əvvəlindən banklar real sektora 2,6 milyard manat yeni kreditlər verib

2020.06.02 15:09 (UTC+04:00)

Cari ilin əvvəlindən ölkədə fəaliyyət göstərən banklar real sektora 2,6 milyard manat yeni kreditlər verib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov iyunun 1-də keçirdiyi mətbuat konfransında deyib.

“Ümumiyyətlə, bank sektoru kifayət qədər likvidliyə malikdir. Hazırda bankların likvidliyi 9 milyard manatdan çoxdur. Banklar öhdəliklərini vaxtında yerinə yetirirlər. İlin əvvəlindən əhalinin əmanətləri 3,7 faiz azalsa da, mayda 0,3 faiz artım müşahidə olunub”, - deyə E.Rüstəmov qeyd edib.