Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 28 min 961 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 466 milyon 567,8 min manatdan çoxdur.