2019-cu il ərzində ölkədə emissiya olunan ödəniş kartlarından istifadə edilməklə xidmət mərkəzləri arasında aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsinin təmin edilməsi məqsədilə yaradılmış Banklararası Kart Mərkəzinin (BKM) fəaliyyətinin davamlılığı təmin olunub.
Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, il ərzində BKM üzərindən 39,7 milyon kart əməliyyatı aparılıb, əməliyyatların həcmi 1 milyard 336 milyon manat, 10,3 milyon ABŞ dolları, 3 milyon avro təşkil edib. 2018-ci illə müqayisədə sistemdə emal olunan əməliyyatların həcmi manat üzrə 35 faiz, ABŞ dolları üzrə 85 faiz, avro üzrə 51 faiz artıb.