Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2020.06.02 11:08 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

İyunun 1-nə Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 414,5 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 12,8 milyon dollar çoxdur.