Keçən il dövriyyədə 7,5 milyon ödəniş kartı olub

2020.06.02 10:28 (UTC+04:00)

2019-cu il ərzində dövriyyədə olan ödəniş kartlarının sayı 7,5 milyon ədəd, bankomatların sayı 2712 ədəd, POS-terminalların sayı isə 67 min 681 ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, ötən il ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 32 faiz artaraq 22,3 milyard manat olub. Ödəniş kartları ilə ölkə daxilində aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi isə 58 faiz artaraq 4,8 milyard manata (21 faiz) çatıb.