Neft Fondunun ötənilki xarici valyuta satışları 6,6 milyard dollar olub

2020.06.02 10:01 (UTC+04:00)

Keçən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) xarici valyuta satışları 6 milyard 593,7 milyon ABŞ dolları təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 6,4 faiz çoxdur.

Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, 2019-cu il ərzində bankda ARDNF-in valyuta satışlarının həyata keçirilməsi məqsədilə hərracların təşkili davam etdirilib. Valyuta hərracları ənənəvi olaraq həftədə iki dəfə “Bloomberg” terminalı vasitəsilə keçirilib. Ötən il ərzində keçirilmiş müvafiq hərracların sayı 101 olub.