"Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) yeni icraçı direktoru Tural Piriyevlə artıq 2-ci dəfədir ki, görüşürük. Düşünürük ki, əmanətlərin sığortalanması ilə bağlı yeni model hazırlayaq”. Bu fikirləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov iyunun 1-də keçirdiyi mətbuat konfrasında bildirib: “Bu ilin sonuna qədər yeni modeli hazırlayıb təhvil verəcəyimizə inanırıq. Biz bu məsələdə yeni baxış ortaya qoymaq istəyirik".