Apreldə əcnəbilər Azərbaycanda bank kartları ilə 19,7 milyon manatlıq əməliyyat aparıblar

2020.06.01 16:34 (UTC+04:00)

Koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu ilin mart ayında olduğu kimi, apreldə də ölkəmizə gələnlərin sayında azalma müşahidə olunub. Ona görə də, aprel ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 19,7 milyon manat təşkil edib.

"vergiler.az" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın may sayına istinadla xəbər verir ki, ümumilikdə isə yanvar-aprel ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları ilə apardıqları əməliyyatların dəyəri 231,7 milyon manat olub.