Bu gündən "Ata Bank" və "Amrahbank"da qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılıb

2020.06.01 15:29 (UTC+04:00)

Lisenziyaları ləğv olunmuş "Ata Bank" ASC və "Amrahbank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə iyunun 1-dən başlanılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov iyunun 1-də keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, bu gündən "Ata Bank" ASC və "Amrahbank" ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə "Kapital Bank" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsinə başlanılıb. İyulun 1-dən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə "Kapital Bank" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 28 aprel tarixli qərarı ilə "Ata Bank" ASC və "Amrahbank" ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalar ləğv edilib.