Bu il "Bir Pəncərə"dən 46,7 milyon dollar dəyərində məhsul ixrac edilib

2020.06.01 16:08 (UTC+04:00)

2020-ci ilin may ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 15,4 milyon ABŞ dolları olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, bu ilin yanvar-may aylarında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 46,7 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.