Vergi sisteminin təkmilləşdirilməsi sahəsində Azərbaycan İsveçrə ilə əməkdaşlıq edəcək

2020.06.01 14:50 (UTC+04:00)

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) vergilər sahəsində Azərbaycan İqtisadiyyat Nazirliyi və Dünya Bankı ilə birlikdə həyata keçiriləcək proqramı təsdiq edib. Bu proqramın həyata keçirilməsi üçün 1,6 milyon ABŞ dolları ayrılması nəzərdə tutulub.

Proqramın məqsədi koronavirus nəticəsində başlayan dünya səhiyyə və iqtisadi böhranın sosial-iqtisadi nəticələrini aradan qaldırmaqdır. Proqram həmçinin vergi ödəyicilərinin qeydiyyatı üzrə məlumat bazasının dəqiqliyinin artırılması və hökumətin şəffaflığın gücləndirilməsi yönündə gördüyü tədbirləri dəstəkləmək məqsədi güdür.