“Azərkosmos” 26 ölkəyə xidmət icrac edib

2020.06.01 14:04 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xidmət ixracı barədə son məlumatları açıqlayıb. Bildirilib ki, 2020-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 16,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.
Şirkətin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. “Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-aprel aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya Birləşmiş Krallıq, Fransa və BƏƏ-dir.
Xatırladaq ki, şirkət peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri təqdim edir.