May ayında ARDNF-nin valyuta hərraclarındakı satışı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalıb

2020.06.01 14:10 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 3 637 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Fondan verilən xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,2% çoxdur.
Təkcə may ayında isə ARDNF-in valyuta satışının məbləği 334 milyon dollar təşkil edib. Bu isə ötən ilin may ayına nisbətən 5,2% azdır.