Apreldə ən çox ixrac edilən məhsullar açıqlandı

2020.06.01 13:15 (UTC+04:00)

2020-ci ilin aprel ayında qeyri-neft sektoru üzrə 120 milyon ABŞ dolları həcmində məhsul ixrac ediləcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, apreldə qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (51,8 milyon ABŞ dolları), Türkiyəyə (17,8 milyon ABŞ dolları), Gürcüstana (15,9 milyon ABŞ dolları), İsveçrəyə (7,7 milyon ABŞ dolları) və Çinə (6 milyon ABŞ dolları) ixrac edilib.

2020-cu ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor) birinci olub. Pomidor ixracı 29,4 milyon ABŞ dolları təşkil edib. Siyahıda ikinci yerdə elektrik enerjisi (16,4 milyon ABŞ dolları), üçüncü isə qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 7,4 milyon ABŞ dolları) qərarlaşıb.