Rusiyada özüməşğul şəxslərin ödədikləri vergilər qaytarılacaq

2020.05.31 18:22 (UTC+04:00)

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin özüməşğul vətəndaşların 2019-cu ildə ödədikləri vergilərin qaytarılması barədə sərəncam imzalayıb. Nazirlər Kabinetinin saytında yayımlanmış məlumatda qeyd edilib ki, qaytarılma prosesi avtomatik şəkildə aparılacaq və vəsaitlər vətəndaşların bank kartlarına köçürüləcək. Keçən il ödənilmiş vergilərin qaytarılması üçün Federal Vergi Xidmətinə hər hansı müraciət göndərilməyə, eləcə də təsdiqedici sənədlər təqdim etməyə ehtiyac olmayacaq. Bundan əlavə, hər bir özüməşğul şəxsə 1 minimal əməkhaqqı həcmində - 12.130 rubl (294 manat) vergi kapitalı təqdim ediləcək. Federal Vergi Xidmətinin rəhbəri Daniil Yeqorov bildirib ki, dövlətin bu yardımından 670 mindən çox özüməşğul şəxs faydalanacaq.