Tikinti sektorunda işləyənlərin orta aylıq əməkhaqqı artıb

2020.05.31 17:50 (UTC+04:00)

Azərbaycanda tikinti sektorundan fəaliyyət göstərən muzdlu işçilərin sayı illik 14 faiz artaraq cari il aprelin 1-nə 123 min nəfərə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, işçilərin 91 min nəfəri və ya 74 faizi özəl sektorda fəaliyyət göstərib. Artım əsasən özəl sektor hesabına baş verib. Belə ki, özəl sektorda işləyənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artım qeydə alınıb.

Yanvar-mart ayları ərzində tikinti sektorunda işləyənlərin orta aylıq nominal əmək haqqı 893 manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə orta aylıq nominal əməkhaqqı üzrə 24 faiz artım olmasını əks etdirir.