Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları fevral ayında aparılıb. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi fevralda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, fevral ayında ixrac əməliyyatları dəyəri 1 milyard 66,4 milyon ABŞ dolları, yanvarda isə 720,9 milyon dollar təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında ölkəyə idxal edilən məhsulların dəyəri 3 milyard 381,8 milyon dollar olub.