Cari ilin ilk 4 ayında ölkədə ixracın dəyəri 6 milyard 306,4 milyon dollar olub

2020.05.31 14:38 (UTC+04:00)

Bu il Azərbaycanda ən çox ixrac əməliyyatları yanvar ayında aparılıb. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu il ixrac əməliyyatlarının ən yüksək göstəricisi yanvar, ən aşağı göstəricisi isə martda qeydə alınıb. Belə ki, yanvarda ixrac əməliyyatlarının dəyəri 2 milyard 130,1 milyon ABŞ dolları, martda isə 957,3 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin ilk 4 ayında ölkədə ixracın dəyəri 6 milyard 306,4 milyon dollar olub.