Azərbaycan neftinin qiyməti 37 dolları ötüb

2020.05.30 11:35 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşır.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,30 dollar artaraq 37,14 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.