Ötən ay dəniz limanlarında 733 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

2020.05.22 15:41 (UTC+04:00)

Apreldə dəniz limanlarında 733 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 704 min tonunu tranzit yükləri təşkil edib.

Keçən ay dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı isə 900 nəfər olub.