Kimya sənayesində məhsul buraxılışı artıb

2020.05.22 15:09 (UTC+04:00)

Yanvar-aprel aylarında kimya sənayesində məhsul buraxılışı artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 4 ayda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 385,1 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 60,7 faiz, kimya sənayesində 24,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 20 faiz artıb.