Kompüter, elektron və optik məhsulların istehsalı çoxalıb

2020.05.22 14:42 (UTC+04:00)

Bu ilin ilk 4 ayında kompüter, elektron və optik məhsulların istehsalı artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yanvar-aprel aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 66,8 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki ilin eyni ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 20,6 faiz artıb.

Hesabat dövründə ötən ilin müvafiq aylarına nisbətən avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 11,6 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 3,2 dəfə çoxalıb.