Birinci rübdə ölkənin strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edib

2020.05.23 13:47 (UTC+04:00)

Yanvar-mart ayları ərzində ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul olunmuş kifayətlilik normalarını üstələməkdə davam edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda deyilir.

Birinci rübün sonuna ölkənin strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edib (2019-cu ilin yekunu üzrə mal və xidmət idxalı götürülməklə). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 5,1 dəfə üstələyib.