Dörd ayda inşaat işlərinin 85,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib

2020.05.22 18:01 (UTC+04:00)

Yanvar-aprel aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 62,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,5 faizini əsaslı təmir, 7,6 faizini cari təmir, 19,8 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 85,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.