Yanvar-aprel aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 152,1 milyon manat dəyərində məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin eyni ayları ilə müqayisədə toxuculuq sənayesində 1,2 faiz, geyim istehsalında 3,6 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 54,1 faiz azalma müşahidə edilib.