Yanvar-aprel aylarında emal sənayesində 3 milyard 977,9 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 18,9 faiz, içki istehsalında 8,3 faiz, qida məhsullarının istehsalında isə 8,1 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından qaymaq və xama istehsalı 41,2 faiz, kolbasa məmulatları 28,6 faiz, marqarin istehsalı 28,5 faiz, kərə yağı istehsalı isə 2 faiz artıb.