"İqtisadi zona" proqramının 17 may 2020-ci il tarixli buraxılışı Video

2020.05.21 17:16 (UTC+04:00)

ATV ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejimində edilmiş son dəyişikliklər, pandemiyadan zərər çəkən muzdlu işçilərin əməkhaqqının ikinci hissəsinin dövlət tərəfindən ödənilməsi, əvvəlcədən alınmış biletlərin və turpaketlərin mövcud şəraitlə bağlı geri qaytarılmasının mümkün olub-olmaması haqda süjetlər nümayiş etdirilib.

Proqramın qonağı Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə hazırkı şəraitdə vətəndaşlarının sosial müdafiəsi ilə bağlı maraq doğuran suallara aydınlıq gətirib.