Dörd ayda Azərbaycanda 13,4 milyard kubmetr təbii qaz çıxarılıb

2020.05.21 10:52 (UTC+04:00)

Yanvar-aprel aylarında Azərbaycanda ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz, yəni 1,8 milyard kubmetr artımla 13,4 milyard kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən bildirilib ki, qaz hasilatının 4,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlarından, 6,4 milyard kubmetri isə “Şahdəniz” yatağından əldə edilib. SOCAR üzrə bu dövrdə 2,4 milyard kubmetr qaz hasil olunub.