Dörd ayda dəniz nəqliyyatı ilə 281,7 min ton yük daşınıb

2020.05.20 16:37 (UTC+04:00)

Cari ilin yanvar-aprel aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 281,7 min tonadək yük daşınıb ki, bu yüklərin dəyəri 186,5 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu dövrdə dəniz nəqliyyatı ilə ixrac edilən 84 min 120 ton yükün dəyəri 30,3 milyon dollar, idxal olunan yüklərin həcmi 197,6 min tondan çox, dəyəri isə 156,1 milyon dollar təşkil edib.