Qısamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.05.19 18:23 (UTC+04:00)

Mayın 19-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104005779 ISIN-li, 7 milyon 660 min 700 manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 90.8921 AZN (10.4799 faiz) və 92.4917 AZN (8.4899 faiz) olan 6 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 92.4917 AZN (8.4899 faiz), orta ölçülmüş qiyməti 92.4917 AZN (8.4899 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 19 milyon 491 min 200 AZN, yerləşdirilmiş həcmi isə 7 milyon 660 min 700 manat təşkil edib. İstiqrazlar gələn il mayın 4-də ödəniləcək.

Hərrac iştirakçıları mayın 20-də (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.