Mayın 19-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105009788 ISIN-li, 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 88.0000 AZN (18.4441 faiz) və 100.1754 AZN (10.9 faiz) olan 25 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100 AZN (11 faiz), orta ölçülmüş qiyməti 100.0157 (10.9910 faiz) AZN müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 62 milyon 349 min 800 AZN, yerləşdirilmiş həcmi isə 20 milyon manat təşkil edib. İstiqrazlar 2022-ci il mayın 17-də ödənilib. Hərrac iştirakçıları mayın 20-də (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.