Hindistan ABŞ ilə ilkin qiymətqoymaya dair saziş imzalayıb

2019.02.05 19:21 (UTC+04:00)

Hindistanın birbaşa vergilər üzrə Mərkəzi Dövlət Şurası tarixdə ilk dəfə olaraq ABŞ-la qiymətlərin qaldırılmasına dair ikitərəfli saziş imzalandığını bəyan edib. Ümumilikdə 2018-ci il ərizndə Hindistanın Mərkəzi Dövlət Şurası ilkin qiymətqoyma barədə beş birtərəfli və iki ikitərəfli saziş bağlayıb. Bu yeddi saziş maliyyə əməliyyatlarını, həmçinin bank, sığorta, investisiya məsləhətləri, informasiya texnologiyaları, eləcə də kimya və maşınqayırma sahəsində xidmətlər göstərən şirkətləri əhatə edir.

Sazişə bu tranzaksiyalar daxildir: informasiya sektorunun dəstəyi ilə göstərilən xidmətlər, proqram təminatı üzrə göstərilən xidmətlər, müqavilələrin hazırlanması, royalti ödənişi və malların satışı.