İqtisadçı ekspert Samir Əliyev bildirib ki, lisenziyası geri alınaraq bağlanmış banklar məcburi ləğv prosesində olan banklardır və prosedurlar "Banklar haqqında" Qanunun 59-cu və 71-ci maddələrinə əsasən həyata keçirilir. Bu halda, Mərkəzi Bank lisenziyası ləğv edilmiş bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə bankın məcburi ləğv olunmasına dair qərarı ilə Əmanətlərin Sığortalanması Fondunu ləğvedici təyin edir. Fond da öz növbəsində bir sıra səlahiyyətləri, o cümlədən bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanunamüvafiq tədbirlər görür, kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün addımlar atır.
Fond bankın aktivləri üzrə zəruri tədbirləri görməklə yanaşı, kreditorlar qarşısında öhdəliklərin icrasına başlayır. Qanunun 82-ci maddəsi kreditorlar qarşısında öhdəliyin növbəliliyini müəyyənləşdirir. Həmin maddəyə əsasən, bağlanmış bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlilik qaydasında bölüşdürülür:
Yuxarıda qeyd edilmiş ödənişlərdən sonra qalan vəsait (əgər qalarsa) bankın səhmdarlarının paylarına mütənasib surətdə onlara ödənilir.
Fəxriyyə İKRAMQIZI