Almaniyada vergi daxilolmaları azalır

2020.05.20 13:33 (UTC+04:00)

Almaniya Baş nazirin müavini və maliyyə naziri Olaf Şolz Belində təşkil etdiyi mətbuat konfransında federal dövləti, əyalətləri və bələdiyyələri əhatə edən vergi daxilolmalarının bu il koronavirus epidemiyasına görə 81,5 milyard avro azalaraq 717,8 avroya düşəcəyini bildirib.

Pandemiyaya görə vergi gəlirlərinin azalmasının təsirlərinin ən azından 2024-cü ilin payızına qədər davam edəcəyini deyən Şoltz 2019-cu ilin qış vergi gəlirləri ilə müqayisə apararaq 2024-cü ilə qədər Almaniya hökumətinin 315,9 milyard avro az vergi gəliri əldə edəcəyini göstərib.

COVID-19 böhranını bir "fəlakət" kimi qiymətləndirən Şoltz Almaniya hökumətinin iqtisadi artımı təşviq etmək məqsədilə bu il iyun ayının əvvəlində yeni təşviq planı hazırlayacağını bildirib.

Qeyd edək ki, Almaniya hökumətinin 2019-cu ildə irəli sürdüyü proqnozda bu il 816,4 milyard avro vergi gəliri əldə edəcəyi göstərilmişdi. Ölkənin vergi daxilolmalarının 2009-cu il maliyyə böhranından sonra ilk dəfə azalması da ekspertlərin diqqətindən yayınmır. Hökumət bu il vergi daxilolmalarının 792,5 milyard avro olacağını, 2022-ci ildə isə 816 milyard avroya çatacağını gözləyir.