Buğda idxalı iki dəfəyədək azalıb

2020.05.19 15:30 (UTC+04:00)

Cari ilin ilk 4 ayında ölkəyə 279,7 min ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə hesabat dövründə idxal edilən buğdanın dəyəri 60,8 milyon ABŞ dolları olub.

Xatırladaq ki, keçən ilin yanvar-aprel aylarında ölkəyə 117 milyon dollarlıq 518,7 min ton buğda idxal edilib.