Ötən ay Azərbaycan 2,8 milyard dollarlıq ticarət əməliyyatları aparıb

2020.05.19 14:21 (UTC+04:00)

Apreldə Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 2 milyard 844,5 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi həcminin 744,8 milyon dolları idxalın, 2 milyard 99,6 milyon dolları isə ixracın payına düşüb.