Almaniya Azərbaycan şirkətlərinin layihələrini dəstəkləməyi təklif edir

2020.05.18 17:42 (UTC+04:00)

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi inkişaf etməkdə olan ölkələrdə koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini əhəmiyyətli dərəcədə azaltmaq məqsədilə özəl şirkətlərin təklif etdiyi tədbirləri dəstəkləyir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən bildirilib ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası və Almaniyanın ölkəmizdəki səfirliyi bu dəstək proqramı ilə maraqlanan şirkətlərimizi sentyabrın 30-dək "COVID-19 Response" başlığı ilə müraciət etməklə layihə təkliflərini təqdim etməyə dəvət edir. Müvafiq layihələr 200 min avroyadək maliyyələşdirilə bilər.

Proqram alman və Avropa şirkətləri, habelə inkişaf etməkdə olan ölkələrin (Azərbaycan kimi) aşağıdakı tələblərə cavab verən şirkətləri üçün açıqdır:

Proqram və tələb olunan meyarlar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: https://www.developpp.de/en/covid19/

İştirak etməkdə maraqlı olan Azərbaycan şirkətləri məsləhət üçün Alman-Azərbaycan Xarici Ticarət Palatasına (fabian.zittlau(at)ahkbaku.de) və ya +994 (50) 273 44 59 nömrəli telefona müraciət edə bilərlər.