Türkiyədə siqaretə xüsusi istehlak vergisinin dərəcəsi artırılıb

2020.05.18 18:15 (UTC+04:00)

Türkiyə Cümhuriyyəti Prezidentinin sərəncamına əsasən, siqaret və tütün məmulatlarına görə tutulan minimum sabit verginin məbləği artırılıb. Tütün məhsulları üçün tətbiq edilən xüsusi istehlak vergisinin (özel tükətim vergisi) dərəcəsində edilən dəyişiklikdən sonra bir ədəd siqaret üçün minimum sabit vergi məbləği 0,3899 lirədən 0,4569 lirəyə qaldırılıb. 17 faizlik bu artımdan sonra Türkiyədə bir qutu siqaret üçün minimum sabit verginin məbləği 9,14 lirəyə (2,25 manat) yüksəlib.