Yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri 153 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 91 ölkəyə məhsul ixrac olunub, 142 ölkədən idxal edilib.