Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlarla onlayn görüşlər davam etdirilir.
KOBİA-dan bildirilib ki, reklam fəaliyyəti ilə məşğul olan sahibkarlarla təşkil olunmuş onlayn görüşdə Dövlət Reklam Agentliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri pandemiya dövründə reklamçıların qarşılaşdıqları çətinliklər və onların gözləntiləri barədə müzakirələr aparıblar. Satınalmalarla bağlı keçirilmiş onlayn görüşdə isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və KOBİA-nın nümayəndələri bu sahədə KOB-ları maraqlandıran sualları cavablandırıblar.