2019-cu ilin dövlət büdcəsində hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 211 milyon manat proqnoza qarşı 212,6 milyon manat və ya 100,8 faiz icra olunub ki, bu da 2018-ci illə müqayisədə 30,4 milyon manat və ya 16,7 faiz çoxdur.
Bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda deyilir. Bildirilir ki, hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların 67,7 faizi və ya 143,9 milyon manatı qeyri-neft sektorunun, 32,4 faizi və ya 68,7 milyon manatı neft sektorunun payına düşüb. 2018-ci illə müqayisədə əmlak vergisi üzrə qeyri-neft sektorundan daxilolmalar 44,3 milyon manat və ya 44,4 faiz çox olub.