Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 90 milyon dolları ötüb

2020.05.16 15:01 (UTC+04:00)

Yanvar-aprel aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 90 milyon dolları ötüb.

Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Belarusdan Azərbaycana ixracın dəyəri 40 milyon dollar, ölkəmizdən Belarusa isə 50,3 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.