Fransa hökuməti sosial şəbəkələrdə varlıların izinə düşəcək

2018.11.29 15:16 (UTC+04:00)

Kütləvi informasiya vasitələri naziri vergi qaçaqlığına qarşı mübarizə mövzusunda açıqlama vermişdir. Hökumətin vergidən yayınma və saxta vergi bəyannaməsi təqdim edənlərlə mübarizəni genişləndirəcəyini vurğulayan Darmanen 2019-cu ildən başlayaraq vətəndaşların sosial şəbəkələrdəki paylaşmaları nəzərdən keçiriləcəyini vurğulamışdır. Onun sözlərinə görə, insanlarda belə fikir yaranıb ki, bəzi vətəndaşların gəlirləri çox aşağı olsa da, onlar həmin gəlirlərlə müqayisədə yüksək həyat standartı ilə yaşayırlar. Nazir bu məsələ ilə bağlı qanuni tənzimləmə üzərində iş aparıldığını, yeni ildən vətəndaşların "Facebook", "Instagram", "Twitter" kimi sosial şəbəkələrdə dəbdəbəli həyatları ilə bağlı paylaşmalarının izinə düşüləcəyini və əldə edilən nəticələrin vergi bəyannamələri ilə müqayisə olunacağını bildirmişdir. Rəsmən bəyan etdikləri gəlirlərinə uyğun olmayan bahalı avtomobillərlə şəkil çəkdirən insanlara diqqət yönəldən Darmanen bunun sosial media vasitəsilə açıq şəkildə ictimaiyyətə çatdırıldığını və hazırda müzakirə edilən tənzimləyici qərarlarla bu cür insanların vergidən yayınıb-yayınmadıqlarının təhlil ediləcəyini vurğulamışdır.